"Qəzza zolağında atəşkəsin əldə olunması həm Fələstinin HƏMAS radikal qruplaşmasının, həm də İsrail tərəfinin hərəkətlərindən asılıdır".
Publika.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Haitiyə səfəri zamanı Port-o-Prinsdə keçirdiyi mətbuat konfransında deyib.
“İndiki məqamda mənə elə gəlir ki, hər iki tərəf bu qalan məsələlərdə razılığa gəlməlidir və biz ilk növbədə tərəfdaşlarımız - Misir və Qətərlə çox fəal danışıqlar aparırıq ”, - deyə dövlət katibi qeyd edib.
O, atəşkəs məsələsi ilə bağlı hər iki tərəfdən yekun cavabı yaxın günlərdə almaq istəyir.