EN

Dünya Bankı Azərbaycanla bağlı proqnozunu YENİLƏDİ

Dünya Bankı (DB) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.

Demokrat.az xəbər verir ki, bu barədə Dünya Bankının qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.

DB Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 2024-cü ildə 2,3 %, 2025-ci ildə 2,4% artacağını proqnozlaşdırıb. Bu isə Bankın bu ilin yanvar proqnozu ilə müqayisədə 0,1% bəndi azdır. Dünya Bankı, həmçinin, 2026-cı il üzrə də Azərbaycanda iqtisadi artımın 2,4% təşkil edəcəyini açıqlayıb.

Dünya Bankı ümumilikdə Cənubi Qafqaz ölkələrində iqtisadi artımın 2024-26-cı illərdə təxminən 3,5 faiz səviyyəsində sabitləşəcəyini proqnozlaşdırır.

Chosen
23
11
demokrat.az

4Sources