EN

“Optimal”ın 17 minlik əşyalarını mənimsəyən qadına elektron qolbaq taxıldı

Ağdaş Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Maya Quliyevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aygün Mürsəlovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, Maya Quliyeva “Elit Optimal” MMC-nin Ağdaşdaşda yerləşən “Optimal” mağazasında menecer vəzifəsində çalışıb. O, maddi məsul şəxs kimi işləyərkən 21 iyul 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində həmin mağazanın ümumilikdə 17 299 manat dəyərində əşyalarını mənimsəyib.

 

İstintaq dövründə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.

 

.Kamal Məmmədov

 

Tarix: 6 Sentyabr 2024, 09:03   
Chosen
396
3
pravda.az

4Sources