Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Azər Əliyev saxlanılıb.
Mia.az DİN-in Mətbuat Xidmətinə istinadla bildirir ki, adıçəkilən şəxs müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, dəyərindən ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdirib.