EN

Qafqazda ikinci Nürnberq: ikili standartlar, gerçəklik və zərurət

Yaxud Hikmət Hacıyevin “Ermənistana qadağa” məntiqinə sözardı 

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin səsləndirdiyi fikirlər Ermənistanda isterik durum yaradıb. Daha dəqiq desək, söhbət cənab Hacıyevin Ermənistana silahlanma ilə bağlı qadağa qoyulmasına dair fikrindən gedir. Acınacaqlıdır ki, İrəvanda onun mövqeyi Bakının yeni təcavüzə başlamaq niyyəti kimi interpretasiya edilir.

Əslində, erməni düşüncə mərkəzlərindən bu cür kəlləmayal­laq yanaşmadan başqa nə isə gözləmək sadəlövhlük olar­dı. Əvvəla, diqqət yetirək və görək Prezidentin köməkçisi haqqında söz açdığımız fikri nə üçün dilə gətirmişdi? Tam aydındır ki, o, Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransı zamanı bildirdiklərinə münasibətini ifadə etmişdi. Nikol isə bir çox məsələlərə toxunmuşdu. 

Erməni baş nazirin üzərində dayandığı ən başlıca məqam bu idi: 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdakı məsələlər Ermənistanın məğlub, Azərbaycanın qalib tərəf olması prizmasından dəyərləndiril­məməlidir. Görəsən, Nikol başqa nə isə istəmir ki? Belə olan təqdirdə, H.Hacıyev niyə Ermənistanın işğalçı olduğunu bildirməməlidir? 

Bir halda ki, N.Paşinyan həmin üçtərəfli bəyanatın hansı səbəbdən ərsəyə gəldiyini, 44 günlük müharibənin nə üçün baş verdiyini, savaş günlərində müxtəlif ölkələrin rəhbərlərinə yalvarışlarını xatirindən si­lir, onun yadına keçmişi salmaq nəinki məqbuldur, hətta vacibdir. Axı otuz ilə yaxın davam etmiş işğal unudulmamalıdır. Dünya birliyi də işğal faktına həssas yanaşmalıdır. 

Ən azı, indi cidd-cəhdlə qorunmasına çalışılan Ermənistanın gələ­cək mövcudluğu baxımından zamanında baş verənlər tarixin arxivinə gömülə bilməz. Ancaq əksi yaşanır. Ermənistan, sanki, süddən çıxmış ağ qaşıq kimi göstərilir, Paşinyanın danışıqlar masasına məğlub deyil, bərabərhüquqlu tərəf qismində əyləşməsinə səy göstərilir. Belə iddialar həyasızlıqdır. 

Həyasızların Ermənistanı atdıqları illüziya bataqlığı isə re­allıqdır. İllüziyanın təsiridir ki, bu gün Ermənistanda ar­sız-arsız danışanlar, H.Hacıyevin məntiqli fikrindən fərqli nəticələr çıxarmağa çalışanlar tapılır. Məqsədləri bəllidir: hay-şivən qaldırmaq və guya Bakının sülhdən yayındığına dair rəy formalaşdır­maq, Cənubi Qafqazda 44 günlük müharibədən sonra formalaşmış re­allıqları təhdid etmək, erməni avantürizmini diri tutmaq. 

Bəli, erməni avantürizmini qorumağa çalışanlar Ermənistanı si­lahlandırmaqla məşğuldurlar. Bakı və İrəvan arasında delimitasiya və demarkasiya prosesləri məsələsindəki danışıqlara münasibətini ifadə edən H.Hacıyev də bu “məşğuliyyətin” fraqmentlərindən söz açmalı idi və açdı. Üstəlik, silahlanmanın yekunda sülh prosesinə təsiri seq­mentini də vurğuladı. Deməli, rəsmi İrəvan, həqiqətən, səmimidirsə, götürülmüş kursa hansısa formada zidd, yaxud zidd olduğu ehtimalı yaradan təmayüllərdən uzaq dayanmalıdır. Ancaq dayanmır və N.Pa­şinyan Azərbaycanı militarist siyasətdə ittiham edir. Beləliklə, öz ko­mandasının və xaricdəki havadarlarının ölkəmizin Ermənistan üzərinə hücuma keçəcəyinə dair yaydıqları “tezislərə” leqallıq libası geyindirir.

Diqqət yetirək, erməni politoloq və ekspert cameəsi­nin təmsilçiləri H.Hacıyevin məlum fikirləri ilə əlaqədar Azərbaycanın noyabrda keçi­riləcək COP29-dan sonra Er­mənistan ərazilərinin işğalına girişəcəyinə dair mülahizələr irəli sürməkdədir. Bu müla­hizələr bir tərəfdən ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmağa hesablanıbsa, digər yandan diqqəti rəsmi İrəvanın reallaşdırdığı militarizasiya siyasətindən yayındırmaq mə­ramı var. 

Əlbəttə, mülahizələrə yol açan həm də Paşinyanın danış­dığı yalandır. Silahlanmanın Cənubi Qafqazda gərginliyin yaradılmasına xidmət etdiyini bildirən H.Hacıyev həmin ya­lana da münasibətini açıqlayır: “O (Nikol Paşinyan – red.) qeyd edir ki, Azərbaycanın ümumdaxili məhsulunun 17 faizi, guya, hərbi xərclərə sərf edilir. Bu, tamamilə yalan bir məlumatdır. Əksinə, Ermənis­tanın ümumdaxili məhsulunun həcminə baxsaq, görərik ki, bu dövlət tam militarizasiya xa­rakterli siyasət yeridir. Növbəti bir məqam da ondan ibarətdir ki, Ermənistanın baş naziri qeyd edir ki, Azərbaycan hərbi imkanlarını artırır”.

Bəli, beynəlxalq birlik, heç bir halda, Bakı ilə İrəvanı ey­niləşdirməməlidir. Əvvəldə də bildirdik ki, ikinciyə yanaşma fərqli olmalıdır. Özü də burada təkcə Ermənistanın ötən əsrin 80-ci illərindən başlayaraq, öz qonşusuna qarşı təcavüzkar xətt yeritməsi deyil, ümumən erməni qövmünün son iki yüz ildə bölgəni təhdid edən varlığı üzərində dayanılmalıdır. Təəs­süf ki, dünyada buna diqqət yetirən yoxdur. İndi nə edək? Gözləyək ki, Ermənistan Hitler Almaniyası kimi, Avropanın hər yerinə ayaq açıb işğallar törətsin, sonra beynəlxalq aləm ona qarşı birləşsin? 

Nəzərə alaq ki, Ermənis­tanın Azərbaycanın başına gətirdiyi faciələr, müqayisəli yanaşsaq, daha irimiqyaslıdır. Bir anlıq ölkənin ərazi və əha­li baxımından Almaniya kimi təsəvvürə gətirək. Axı təsəvvü­rün özü belə qorxuncdur. Bunu düşünməmək, lazımi reaksiya verməmək isə həm ikili stan­dartlar siyasətinin riyakar təza­hürüdür, həm də, bütövlükdə, insanlıq adına utancdır. 

H.Hacıyev məhz bu utan­cın bəşəriyyət üzərindən götü­rülməsinin vacibliyini vurğula­mış və tarixə müraciət etmişdi: “İkinci dünya müharibəsindən sonra beynəlxalq münasibət­lər sisteminə baxdıqda görə bilərik ki, çox az dövlət var ki, onlar məhz işğalçı, təcavüz­kar olublar. Bunlardan biri də Ermənistan Respublikasıdır. Məsələn, İraq–Küveyt müha­ribəsindən sonra İraq silahlı qüvvələrinin inkişafında, ümu­miyyətlə İraqın hərbi potensi­alının inkişafında müəyyən bir məhdudiyyətlər vardır. Hesab edirik ki, bu kimi məhdudiy­yətlər Ermənistan silahlı qüv­vələrinin üzərində də olmalı­dır”. 

Bəli, Ermənistan üzərin­də nasist Almaniyasına qarşı qurulduğu kimi, Nürnberq prosesi qurulmalıdır. Qarabağ canilərinin Bakı həbsxanala­rında olduqlarını nəzərə alsaq, prosesə start verildiyini deyə bilərik. Daha nə edək? Tankla­rımızı İrəvan küçələrinə sürək? Bəlkə bu gün Ermənistanı si­lahlandırmaq yolu tutanlar, Pa­şinyana dəstək verənlər bunu istəyirlər? Yoxsa dünyanı bo­ğaza yığmış erməni varlığın­dan canlarını başqa cür qurtara bilmədikləri üçün riyakarlıq maskalarını çıxarmırlar? Ba­carmırlarsa, bunu açıq desin­lər, işimizi bilək. 

R.ƏVƏZ
XQ

Chosen
86
3
xalqqazeti.az

10Sources