EN

Bu ölkədə əcnəbilərin uşaq övladlığa götürməyi qadağan EDİLDİ

Çin hökuməti əcnəbilərə ölkədə uşaq övladlığa götürməyi qadağan edib.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlik rəsmisi Mao Ninq izah edibi ki, yeganə istisna uşaq və ya ögey uşağın qan qohumları tərəfindən övladlığa götürülməsidir. O, bu qərarın səbəbini açıqlamayıb və bunun müvafiq beynəlxalq müqavilələrin ruhuna uyğun olduğunu bildirib.

Deyilənə görə, onilliklərdir ki, əcnəbilər Çinə gələrək yerli uşaqları övladlığa götürürlər, sonra isə onları öz vətənlərinə aparırlar. Koronavirusun yayılması zamanı bu təcrübə müvəqqəti olaraq dayandırıldı, lakin sonradan xaricdən övladlığa götürməyə yenidən icazə verildi. İndi isə tamamilə qadağandır.

ABŞ konsulluğu 2022-ci ilin oktyabrından 2023-cü ilin sentyabrına qədər olan 12 ay ərzində Çinlilərin övladlığa götürülməsi üçün 16 viza verib.

Sevinc İBRAHİMZADƏ

Chosen
101
redaktor.az

1Sources