EN

Yaponiya batareya istehsalına 7 milyard dollar sərmayə qoyacaq

Yaponiyanın iri avtomobil konserni "Toyota", "Nissan", "Subaru" və "Mazda", eləcə də bir sıra digər şirkətlər 2028-ci ilə qədər elektromobillər üçün akkumulyatorların kütləvi istehsalına təxminən 6,97 milyard dollar sərmayə qoyacaq.

İqtisadiyyat.az bu barədə "Yomiuri" qəzetinə istinadən xəbər verir.

Yaponiya hökuməti iqtisadi təhlükəsizliyin gücləndirilməsi və əsas komponentlər üçün müstəqil təchizat zəncirlərinin yaradılması tədbirləri çərçivəsində bu məbləğin təxminən üçdə birini ödəyəcək.

Qeyd edək ki, Çin və Cənubi Koreya şirkətləri birlikdə elektrikli avtomobil akkumulyatoru istehsalının qlobal payının təxminən 90%-ni təşkil edir.

 

Gözəl Həşimova

 

Chosen
82
iqtisadiyyat.az

1Sources