EN

Paris Olimpiadasının iştirakçısı öldürüldü

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarışan qaçışçıya benzin tökülərək yandırılıb.

Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, Paris Olimpiadasında qadınlar arasında marafonda 44-cü yeri tutan uqandalı uzun məsafəyə qaçışçı Rebekka Çepteqeyi Keniyada sevgilisi Dikson Ndiema Maranqaçın zorakılığına məruz qalıb. Dikson qaçışçının üstünə benzin tökərək, onu öldürüb. 

Diksonun zorakılığı Çepteqeynin evinin qarşısında, iki qızının gözü önü baş verib.

Məlumata görə, onların birlikdə Keniyada aldıqları evə görə tez-tez mübahisələri olub. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
bakivaxti.az

1Sources