EN

Vladimir Putinin bəyanatına Ağ evdən reaksiya gəldi: Seçkilərimiz haqqında danışmağı dayandırsın

Vladimir Putin ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı danışmağı dayandırmalıdır.

Editor.az xəbər verir ki, bunu Ağ Ev administrasiyasının milli təhlükəsizlik kommunikasiyaları üzrə müşaviri Con Kirbi Putinin Kamala Harrisi dəstəkləyəcəkləri ilə bağlı bəyanatına münasibət bildirirkən deyib. “Putin seçkilərimiz haqqında danışmağı dayandırmalıdır. Nöqtə. O, bu və ya digər şəkildə heç kimə üstünlük verməməlidir.

ABŞ-ın növbəti prezidentinin kim olacağını müəyyən etməli olan yeganə insanlar Amerika xalqıdır. Və biz Putinə o zaman minnətdar olardıq ki o, seçkilərimiz haqqında danışmağı və ona müdaxilə etməyi dayandırsın”, – Ağ Evin milli təhlükəsizlik kommunikasiyaları üzrə müşaviri bildirib.

//Samir Qurbanov, Editor.ax

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
50
editor.az

10Sources