EN

Peşə məktəblərində hansı tələbələrin təhsil haqqına güzəşt edilmir? - RƏSMİ AÇIQLAMA

Bu il peşə məktəblərinə qəbul olan və ünvanlı sosial yardım alan tələbələr təhsil haqqının ödənilməsi ilə bağlı narazılıq yaşayıblar.

Turkustan.az xəbər verir ki, Pravda.az-a Bakı Dövlət Peşə Təhsil Mərkəzi,5 nömrəli Bakı Peşə Liseyinə qəbul olan tələbələrdən birinin ünvanladığı şikayətdə bildirilib ki, ünvanlı sosial yardım aldığı üçün peşə məktəbi təhsil haqqını ödəməsində ona güzəşt etməlidir, lakin Lisey bundan imtina edir.

Elm və Təhsil Nazirliyi tərəfindən peşə məktəblərində oxuyan tələbələr üçün nəzərdə tutulan güzəştləri əsas gətirən tələbə deyib ki, o, Nazirliyin irəli sürdüyü 4-cü kateqoriyada “aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər”ə aid edilməlidir. Buna baxmayaraq Lisey belə güzəşt barədə məlumatsız olduğunu bildirib.

Pravda.az məsələni aydınlaşdırmaq üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

Agentlikdən bildirilib ki, qeyd edilən hal “Peşə təhsili haqqında” qanunun 20.8-ci maddəsi ilə tənzimlənir: “Qanunun 20.8-ci maddəsinə görə, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin dövlət təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Qanunda 1-ci kateqoriyaya valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan, 2-ci kateqoriyaya əlilliyi olan, 3-cü kateqoriyaya şəhid ailəsinin üzvləri, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış, köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar, 4-cü kateqoriyaya 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər nəzərdə tutulur. “Aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər” 4-cü kateqoriyaya aiddir. Belə ki, müraciətçi həm 20 yaşdan aşağı olmalıdır, həm valideynin əlilliyi olmalıdır, həm də aylıq gəliri yaşayış minimumundan aşağı olmalıdır”.

Chosen
62
3
turkustan.az

4Sources