EN

Sevgilisi tərəfindən yandırılan atlet öldü

Bir neçə gün əvvəl sevgilisi tərəfindən hücuma məruz qalan uqandalı atlet Rebekka Çeptegi vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Uqandanın Yüngül Atletika Federasiyası öz “X” hesabında açıqlayıb. 

Bildirilir ki, idmançı bir neçə gün ağır vəziyyətdə xəstəxanada müalicə alıb.  

Xatırladaq ki, sentyabrın 1-də Çepteginin sevgilisi yaşadıqları evdə ona hücum edib. Həmin şəxs atletin üzərinə benzin tökərək onu yandırıb. Hadisə zamanı həm o, həm də Çeptegi xəsarət alıb. Həkimlərin məlumatına görə, 33 yaşlı uqandalı atletin bədəninin 75 faizi yanıq xəsarətləri alıb. 

Onu da qeyd edək ki, Uqandanı təmsil edən Rebekka 2024-cü il Paris Olimpiadasında məsafəyə qaçış növü üzrə 44-cü yeri tutub.

Chosen
88
33
qafqazinfo.az

10Sources