EN

Benyamin Netanyahu:”Mülki şəxslər arasında itki çox azdır”

İsrail Baş naziri Benyamin Netanyahu oktyabrın 7-dən etibarən Qəzza zolağında davam edən hücumlarda mülki şəxslər arasında itkinin çox olmadığını bildirib.
Beynəlxalq mətbuat nümayəndələri ilə görüşən Benyamin Netanyahu İsrail ordusunun Qəzzaya hücumlar zamanı mülki əhalinin zərər görməməsi üçün ciddi tədbirlər gördüyünü iddia edib.
Qəzzanın Rəfah bölgəsində həyata keçirdikləri hücumlarda 2 min Həmas üzvünün öldürüldüyünü iddia edən Benyamin Netanyahu əməliyyat zamanı 20 fələstinlinin öldüyünü irəli sürüb.
Benyamin Netanyahu fələstinlilərin hücumlardan əvvəl “təhlükəsiz zona”ya keçdiyini ifadə edərək “Onlara çadır, su şəbəkəsi, kanalizasiya və yemək verdik” deyib.
İsrailin Qəzzada poliomielit peyvəndinin tətbiqinə icazə verdiyini ifadə edən Netanyahu deyib: “Bu siyasətdən vaz keçməyəcəyəm, humanitar siyasət yürütməkdən, peyvənd siyasətindən və mülki ölümləri azaldaraq mübarizə aparmaqdan vaz keçməyəcəyəm”.

Chosen
102
50
veteninfo.az

10Sources