EN

Kerem Aktürkoğlunu komandasında baş məşqçi dəyişikliyi - "Benfika" Bruno Lage ilə anlaşdı

Türkiyə milllsinin oyunçusu, "Qalatasaray"ın keçmiş futbolçusu Kerem Aktürkoğlunu heyətinə qatan Portuqaliyanın "Benfika" klubunda yeni baş məqşçi təyinatı olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub  Roger Şmidtdən boşalan posta Bruno Lageni gətirib.

Klubdan bildirilib ki, yeni məşqçi iə böyük uğurlara imza atmağı hədəfləyirlər: "Biz azarkeşləri geri qaytaran cəlbedici futbol oynamaq istəyirik".

48 yaşlı portuqaliyalı məşqçi isə təyinatını 2018-ci ildə "Benfika"ya ilk gəlişinə bənzədib: "Əsas prioritetimiz yaxşı futbol və yenidən azarkeşləri qazanmaqdır. Azarkeşlər kimi mən də "Benfika"nın hücumda oynamasını istəyirəm. Komanda dinamik, əyləncəli futbol sərgiləməlidir".

Fərid Aslan

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
40
1
mia.az

2Sources