EN

Bəhlul Mustafazadə milli komandanın heyətindən çıxarıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan millisinin və "Qarabağ" klubunun müdafiəçisi Bəhlul Mustafazadə seçmə komandanın heyətindən çıxarılıb.
Oxu.Az Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Mətbuat Xidmətinə istinadla xəbər verir ki, müdafiəçi Bəhlul Mustafazadə zədə üzündən milli komandanın heyətindən çıxarılıb.
Xatırladaq ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi görüşündə İsveç seçməsi ilə keçirilən ilk görüşdə 1:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, millimiz UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində sentyabrın 8-də Koşitsedə Slovakiya yığması ilə qarşılaşacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
oxu.az

1Sources