EN

Çin Rusiyanın geyim bazarının 40 faizinə sahiblənib – Rəsmi

2023-cü ilin sonunda Rusiyanın geyim idxalında Çinin payı 40 faiz təşkil edib ki, bu da rekord göstəricidir.

Musavat.com xəbər verir ki, bunu Pekində moda sənayesinin Rusiya-Çin qala gecəsində Rusiyanın Çindəki səfirliyinin müşaviri Maksim Çernışev deyib.

O, gömrük statistikasına istinad edərək, 2023-cü ildə moda sənayesi ilə bağlı məhsulları üzrə Rusiya-Çin ticarətinin ümumi həcminin 12 milyard dollar təşkil etdiyini bildirib.

Musavat.com

Chosen
59
1
musavat.com

2Sources