Azərbaycanda dəmir yoluna çıxan körpə son anda ölümdən xilas edilib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Gəncə-Ağstafa istiqamətində baş verib.
Belə ki, nəzarətsiz qalmış körpə Azərbaycan Dəmir Yollarına məxsus hərəkətdə olan qatarın yoluna çıxıb.
ADY-nin maşinisti dərhal qatarı dayandıraraq körpənin həyatını xilas edib.
Həmin anların görüntüsünü təqdim edirik:
Bizim.Media