EN

"Zolotaya Karona" pul köçürmə sistemi Moldovada fəaliyyətini dayandırıb

"Zolotaya Karona" pul köçürmə sistemi Moldovada fəaliyyətini dayandırıb

Moldova sakinləri Rusiyaya pul köçürmələri göndərə və pul köçürmələrini sürətli pul köçürmə sistemləri vasitəsilə ala bilmirlər. AFN.az TASS-a istinadən xəbər verir ki, ötən həftə bu sistemlə işləyən Moldova bankları qəfildən bu xidmətlərin qeyri-müəyyən müddətə dayandırıldığını elan ediblər."Eurocreditbank"ın saytında pul köçürmələrinin “lazımi əməliyyat korrektələrinə görə” dayandırıldığı bildirilir. Moldovada may ayından bu sistem vasitəsilə onlayn köçürmə xidməti fəaliyyətini dayandırıb. Bununla belə, köçürmələri "Moldindconbank", "Comertbank", "Fincombank", "Eurocreditbank" və "Energbank"ın filiallarında qəbul etmək mümkün idi.“Zolotaya Karona” respublikanın bank sektorunda Rusiya əleyhinə sanksiyalara qoşulmasından sonra iki ölkə arasında fəaliyyətini davam etdirən sonuncu pul köçürmə sistemi idi. "Unistream" vasitəsilə köçürmələr Moldovada 2023-cü ilin yayında, bu ilin fevralında isə "Contact" vasitəsilə fəaliyyətini dayandırılıb. Moldovada Rusiya bank kartları işləmir.

Chosen
114
1
afn.az

2Sources