EN

Çin beynəlxalq övladlığa götürmə proqramını dayandırdı

Çin hökuməti beynəlxalq övladlığa götürmə proqramını bitirdiyini və bundan sonra xarici ölkələrdən gələn müraciətləri qəbul etməyəcəyini açıqlayıb.

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning açıqlama verib.

Onun sözlərinə görə, Pekin administrasiyasının bu qərarı ölkədə doğum göstəricilərinin azalmasından sonra verilib.

"Çin artıq xarici ölkələrdən övladlığa götürmə ərizələrini qəbul etməyəcək. Yeganə istisna qan qohumlarının və ya ögey uşaqların övladlığa götürülməsidir".

Gülşən Şərif
 

Chosen
140
bakivaxti.az

1Sources