"Ukrayna səfiri Asiya xalqlarını təhqir edib"
"Ukraynanın Yaponiyadakı səfiri Sergey Korsunski Asiya ölkələrində militarizm simvolu sayılan Yasukuni Şinto məbədini ziyarət etməklə Çin və digər Asiya ölkələri xalqının hisslərini təhqir edib". Manset.az xəbər verir ki, bu fikir Çinin “China Daily” qəzetinin dərc etdiyi məqalədə yer alıb. Onun müəllifləri Ukraynanın Yaponiyadakı səfirliyinin "X"də (keçmiş "Twitter") hazırda silinmiş nəşrinə diqqət çəkiblər. Məlumata görə, Korsunski Yasukuni məbədini “Yapon xalqı uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmək” üçün ziyarət edib. “Yaponiya uğrunda həlak olmuş bu hərbi cinayətkarları şəhid adlandırmaq, şübhəsiz ki, yapon militaristlərinin vəhşicəsinə işğalından əziyyət çəkən Asiya xalqlarının və çinlilərin hisslərinə dərin təhqir, eləcə də beynəlxalq ictimaiyyətdə qəbul edilmiş prinsiplərin ciddi şəkildə pozulmasıdır", - məqalədə yazılıb. Qəzet həmçinin Korsunskiyə Çinin Ukrayna münaqişəsinin həllində sülhməramlı səylərini unutmamağı tövsiyə edib. "Ukrayna Çinin Rusiya-Ukrayna münaqişəsinin həllində sülhməramlı səylərini unutmamalıdır". Fidan Əliyeva Manşet.az