EN

Bakı və Ankara kritik qərar verdi: 7 ölkə gücünü birləşdirir - YENİ HƏMLƏ

Üzv ölkələri arasında iqtisadi əməkdaşlığı inkişaf etdirməyi hədəfləyən BRİKS yenidən genişlənməyə hazırlaşır. Azərbaycandan sonra Türkiyə də bu birliyə qatılmaq istəyir. Məlumata görə, bir neçə gün əvvəl Türkiyə BRİKS-ə daxil olmaq üçün müraciət edib. Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.Qeyd olunub ki, təşkilatın genişləndirilməsi məsələsinə BRİKS-in oktyabrın 22-24-də Kazanda keçiriləcək sammitində baxıla bilər.

BRİKS-in dönəm sədri, Rusiyanın vitse-prezidenti Yuri Uşakov Türkiyənin üzvlük üçün müraciət etdiyini və bunun qiymətləndirildiyini açıqlayıb. Rusiya Prezidenti Vladimir Putin də iyunda Türkiyənin BRİKS-ə marağını alqışladığını bildirib.

Maraqlıdır, Azərbaycan və Türkiyənin “BRİCS” ölkələri ilə iqtisadi tərəfdaşlığı bizə nə qazandaıracaq?

Məsələ ilə bağlı danışan politoloq Elxan Şahinoğlu News24.az-a açıqlamasında bildirib ki, iki qardaş ölkənin eyni təşkilata üzv olması strateji baxımdan böyük əhəmiyyət kəsb edir:

“Yəni Azərbaycan və Türkiyə strateji müttəfiqdir, bizim Şuşa bəyannaməmiz var. Buna görə də, iki ölkə atdığı addımlarda məsləhətləşməlidir. Təsadüfü deyil ki, bugünlərdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da Ankarada bu səfərlərin, görüşlərin əhəmiyyəti həm də ondadır ki, hər iki tərəfin xarici təhlükəsizlikdə uzlaşması gərəkdir. Azərbaycanın və Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-ə marağı xarici və təhlükəsiz siyasətini şaxələndirməklə bağlıdır”. 

Politoloq qeyd edib ki, Azərbaycanı hələlik BRİKS-ə qəbul etməyiblər, oktyabrda iclas keçiriləcək və böyük ehtimalla onların Türkiyənin üzvlük məsələsinə baxılacaq. Onun sözlərinə görə, Azərbaycan BRİKS-in üzvləriylə sıx əməkdaşlığa malikdir:

“Əsasən də, Rusiya və Çinlə əməkdaşlığımız var. Tək Rusiya və Çin deyil, orda Azərbaycana qonşu və bölgədə fəal olan dövlətlər var. Biri var ikitərəfli əməkdaşlıq formatı, biri də var təşkilat çərçivəsində əməkdaşlıq. Amma bu o demək deyil ki, Azərbaycan və Türkiyə Qərblə əməkdaşlıqdan üz döndədir. Xeyr,bu belə deyil. Qərblə əməkdaşlıq da davam edəcək”.

Elxan Şahinoğlu əlavə edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS xarici siyasət istiqamətlərindən biri olacaq və Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edəcək.

Aqil Qarayev

Chosen
68
news24.az

1Sources