EN

Əmlak dələduzluğu “ASAN Xidmət”i gözdən salır

Əmlakİqtisadiyyat Nazirliyi yanında dövlət xidməti dövlətin qanununu tanımır“Veteranlar haqqında” qanun dövlət rüsumundan azadolmaya hüquqvermir?İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX)“Veteranlar haqqında” qanunu Tarif Şurasının qərarından aşağıdatutmasından, Konstitusiyanın 73-cü maddəsinə zidd olaraq qanundanəzərdə tutulmayan haqq tələb edib vətəndaşların əmlak hüquqlarınakobud qadağa qoymasından media bilgi yayımlayıb. Konstitusion hüquqakobud qadağaya baxın, qanun müharibə veteranlarının istifadələrində olandövlət bağlarının və bağçılıq sahələrinin ƏVƏZSİZ olaraq onların ŞƏXSİMÜLKİYYƏTİNƏ verilməsini doğrulayır, əmlak dəllaları bu ƏVƏZSİZhüququn haqqını Tarif Şurasının qərarı ilə ƏVƏZLƏYİRLƏR. Özbaşınalıqtəfsirindən hələ də ƏMDX, DƏDKR ( Daşınmaz Əmlakın Dövlət Kadastr vəReyestr publik hüquqi şəxsi) əl çəkmir, “dedığım dedik, çaldığım düdük”prinsipi ilə 5 saylı “ASAN Xidmət” mərkəzində 3 aydır hazır olan sənədinverilməsinə görə 125 manat dövlət rüsumu və 118.48 manat TarifŞurasının bəlirlədiyi xidmət haqqı tələb edirlər.Bəs ali dövlət hakimiyyəti orqanları, bağlantılı dövlət qurumları, hüquqorqanları, “ASAN Xidmət”in özü nə deyir? Hamısı İqtisadiyyat Nazirliyininrəhbərliyinə göndərir, sonda yenə DƏDKR-in nağıl-təfsiri qüvvəyə minir.“ASAN Xidmət”dənsə ƏMDX-ya göndərilən və cavab tələb edilən sorğuyabu yol DƏDKR-in rəis müavini Elvin Məmmədov əndrabadi cavab verib.Digər müavin Elşad Məmmədovun şəxsi mülkiyyətin hüquqların dövlətqeydiyyatına alınması anlamına gəlmədiyi haqqında təfsirinə ElvinMəmmədov “ Veteranlar haqqında qanunun 11-ci maddəsinin verdiyiƏVƏZSİZ hüququn dövlət rüsumundan azadolmada nəzərdətutulmadığını əlavə edib. “Cib təfsiri”nin müəllifi Kamil Abbaslı olsada, imzalayanlar Elşad Məmmədov və Elvin Məmmədov olduqlarından“yeni təfsir -əqli mülkiyyət” hüququnun həmmüəllifləri sayılırlar.Dəhşətdir, bu yekəlikdə İqtisadiyyat Nazirliyi, yanındakı qurumlarKonstitusiyanı , qanunu “cib təfsiri” ilə tamahlarına qurban verirlər.Qarabağ qaziləri mülkiyyət hüquqlarının qeydiyyat sənədini 5 saylı “ASANXidmət” mərkəzindən tələb edirlər, nədən bu mərkəz öncədən heç birödəniş, haqq almadan sənədi hazır olanda götürməyi bildirib. İndi isə 2aydır hazır sənədə görə qanunda nəzərdə tutulmayan 243 manatlıq “TARİFHAQQI” tələb edilir. Bunun özü də korrupsiya faktını ortaya qoyur.Rüsumun öncədən alınması qanunvericiliyin tələbidir, alınmayıbsa,sonradan tələb olunan haqqın da qeydiyyatdan gizlədilməsi deməkdir. Bubarədə 961 xidməti hər çağ olduğu kimi , 20 dəqiqə “onlayn növbədəgözlədib, sonra-sonraya saxlasa” da, 161 xidmətinə bilgi verilib.Görək, prokurorluq korrupsiyaya qarşı mübarizəyə öz töhfəsini verəcəkmi?İnzibati qaydada kimin qiymət verəcəyi hələ də bilinmir.“ASAN Xidmət”in şəffaf işinə əmlak dəllallarının kölgə salması ağrıdıcıdır.Azərbaycanın “şəffaflıq brendi” kimi təqdim olunan xidmət artıq gözdənsalınıb. “Gözdənsalma xidməti”nin məcburiliyi də mübahisə predmetidir.Niyə “ASAN Xidmət” özünün təmiz adının ləkələnməsinə göz yumur, 5 saylı“ASAN Xidmət” mərkəzinə göstəriş verməkdənsə, ƏMDX-ya müraciət edir?Axı hazır sənəd 5 saylı “ ASAN Xidmət” mərkəzindədir, verilməsi niyətəmin olunmur? Qarabağ savaşı qaziləri 5 saylı “ASAN Xidmət” mərkəzininqarşısında “ DƏDKR-in rüşvət, korrupsiya xidmətinə son” şüarı ilə piketkeçirməklə problemi çözmək fikrindədirlər. Qarabağ Qazilərinin MüdafiəKomitəsi BŞİH-ə 13.09.2024-cü ildə keçiriləcək aksiya barədə xəbərdarlıqedib. DİN-dən isə təhlükəsizliyin təminatı istənilib.Məğrur BədəlsoyTEREFƏmlakƏmlak

Chosen
79
4
yenisoz.az

5Sources