Müəllif: Ayşən İmanova, Banco.az
Amerikalı iş adamı və milyarder İlon Mask aşağı doğum səviyyəsi fonunda Avropa İttifaqında (Aİ) demoqrafik böhranın qaçılmaz olduğunu bildirib.
Banco.az xəbər verir ki, bu barədə o öz “X” hesabında yazıb.
“Doğum nisbətləri azalmaqda davam edir. Əhalinin azalması qaçılmazdır”, - deyə Mask 1960-cı ildən bəri Aİ ölkələrində rekord aşağı doğum səviyyəsi ilə bağlı statistikanı şərh edib.
O, həmçinin bildirib ki, demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün qəti tədbirlər görülməsə, bir çox ölkələr yox ola bilər.
Xatırladaq ki, Avropada ən aşağı doğum göstəriciləri Malta (1,08), İspaniya (1,16), İtaliya (1,24), Yunanıstan (1,32) və Kiprdə (1,37) qeydə alınıb.