Əgər büdcəyə dəyişiklik edilməsi haqqında qanun qəbul edilməsə, Ukrayna Müdafiə Nazirliyinin sentyabrın 20-dək hərbi əməliyyatlarda iştiraka görə hərbi qulluqçulara mükafatlar ödəmək üçün kifayət qədər pul olmayacaq.
Herbiand.az xəbər verir ki, bu barədə Ali Radanın büdcə komitəsinin rəhbəri Roksolana Pidlasa bildirib.
Büdcə komitəsinin rəhbəri təəssüflə bildirib ki, bu, doğrudur: “Doğrudan da Müdafiə Nazirliyi bizə deyir ki, onların sentyabrın 20-nə kimi döyüş xərclərini ödəməyə pulları yoxdur. Amma biz sentyabrın 20-dək dövlət büdcəsinə dəyişikliklərə səs verəcəyik. Mən indi Ali Radanın iclasının tarixini deyə bilmərəm, lakin təxminən sentyabrın 17-18-də biz bu səsverməni gözləyirik”.
Deputat izah edib ki, ödənişlərlə bağlı çətinliklər 2024-cü ilin əvvəlində yaranıb. Belə ki, ABŞ Konqresi Ukraynaya silah yardım üçün müvafiq qanun layihəsini təsdiq etmək həvəsində olmayıb. Nəticədə Ukrayna öz hesabına silah almağa məcbur olub.
Bəxtiyar CƏFƏRLİ