EN

Qəzzada 160 min poliomelit peyvənd tətbiq edilib - SON NƏTİCƏ

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada poliomelit peyvəndinin tətbiq edilməsi ilə bağlı məlumat yayıb.

Bakıvaxtı.az bu barədə Təşkilatın mətbuatda yayımladığı məlumata istinadla xəbər verir.

Bildirilib ki, Qəzza zolağının cənub bölgələrində dünən başladılan poliomielit peyvəndi kampaniyasının ilk günündə 160 mindən çox uşaq peyvənd edilib.

Açıqlamada Qəzzanın cənub bölgələrində dünən başlayan peyvənd kampaniyasının bu gün də mümkün qədər çox uşağın peyvənd edilərək davam etdiriləcəyi bildirilib.

Əli Hüseynov

Chosen
60
1
bakivaxti.az

2Sources