EN

Şeyxdən SƏRT İTTİHAM: “Küçədən keçən finti-firüş qızları yığıblar başlarına, adlarını da qoyublar…”

“Yığıblar başlarına küçədən keçən o finti-firüş qızları, adlarını da qoyublar aktrisa…”

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış rejissor və aktyor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.

Son vaxtlar peşəkar kinonun yoxluğundan istifadə eldən bəzi prodakşınlar və o prodakşınların çəkdiyi serial və kommersiya filmləri ilə bağlı tənqidi fikirlər səsləndirib:

“Kino çəkmək adına o prodakşın adı ilə yaradılan studiyalar xırda-xırda alverlə məşğul olub, pul qazanır. Bəzi kinodan xəbəri olmayanlardır ki, balaca-balaca studiyalar, prodakşınlar açıb qohum-əqrəba, dost-tanış hesabına 5-3 manat qazanırlar. Yığıblar başlarına küçədən keçən o finti-firüş qızları, alarını da qoyublar aktrisa. Ən pisi də budur ki, hamı elə bilir o mənasız filmləri kinostudiya çəkib. Daha demirlər ki, kinostudiyanın qapısı bağlı qalıb. Bu studiyalar kinostudiyanın məhv olması üçün planlı şəkildə yaradılan təxribatlardar, təşkil olunan xəyanətlərdir.
Hələ qarşımı kəsən bəzi xalq artistləri olan gözəl və peşəkar aktyorlarımız aktrisalarımızdır. Əvvəlki illərdə olan o böyük kino da yoxdur ki, çəkilsinlər, başları qarışsın. Heç olmazsa, onlar bu seriallarda, filmlərdə çəkilir, yenə 5-3 manat qazanırlar. Onların xatirinə danışmıram, susuram. Yoxsa ki, danışmalı çox şeylər var”.

Cəvahir

Chosen
114
2
yenicag.az

3Sources