EN

Aİ Ukraynaya 40 milyon avro ayırıb

Avropa İttifaqı (Aİ) Ukraynaya humanitar yardım üçün 40 milyon avro ayırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "X" hesabında bildirib.

“Rusiya Ukraynanın enerji infrastrukturunu hədəfə alır, tezliklə temperatur aşağı düşəcək, ona görə də ehtiyacı olan ukraynalılara humanitar yardımımızı artırmalıyıq. Təmir işləri, elektrik, istilik və sığınacaq üçün 40 milyon avro yardım paketi ayırmışıq”, - Avropa Komissiyasının Prezidenti qeyd edib.

Chosen
83
6
xezerxeber.az

7Sources