Səfərbər edilmiş Ukrayna hərbçiləri döyüş meydanına istədiklərindən daha az təlimlə gedirlər.
Modern.az xəbər verir ki, bunu Ukrayna ordusunun ali baş komandanı Aleksandr Sırski CNN-ə müsahibəsində deyib.
Ali Baş Komandan qeyd edib ki, çağırışçılar bir ay ibtidai hərbi hazırlıq, daha sonra isə yarım aydan bir aya qədər ixtisaslaşdırılmış təlim keçirlər.
“Əlbəttə, hər kəs istəyir ki, hazırlıq səviyyəsi ən yüksək səviyyədə olsun ki, yüksək ixtisaslı peşəkar hərbi kadrlar hazırlansın, eyni zamanda, cəbhədəki dinamika bizdən çağırışçı hərbi qulluqçuları tez bir zamanda cəlb etməyi tələb edir”, - o qeyd edib.