Şuşa, 6 sentyabr, Gülay Nəzərova, AZƏRTAC
Sentyabrın 6-da Şuşada keçirilən Beynəlxalq Qastronomiya Günü çərçivəsində Qarabağ və Şərqi Zəngəzur regionlarının qastronomiya və maddi-mədəni irs nümunələrindən ibarət milli turizm brendi linzalarının sərgisi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərgidə həmçinin UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmiş əlyazmalar, xəttatlıq mətnləri, dini mətnlər və miniatürlərdə tətbiq olunan çoxəsrlik dekorativ sənət olan “Təzhib sənəti”nin irs nümunələri ziyarətçilərə təqdim edilib.