EN

“Azər-Türk Bank”ın səhmlərinin bir qisminin SOCAR-a ötürülməsinin təfərrüatları açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azər-Türk Bank” ASC-nin səhmlərinin 51 %-nin əldə edilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bankdakı payının bir qisminin şirkətin sərəncamına verilməsi hesabına gözlənilir.

SOCAR dövlət bankının səhmlərinin 51%-ni almaq istəyir

FED.az xəbər verir ki, bunu müsahibəsində maliyyə naziri Samir Şərifov bildirib.

“Məndə olan məlumata görə, söhbət həmin Bankda dövlətə məxsus olan səhmlərin bir qisminin SOCAR-ın sərəncamına verilməsindən gedir”, – deyə nazir qeyd edib. Bununla yanaşı S. Şərifov vurğulayıb ki, bu gün qanunvericilikdə belə bir müddəa yoxdur ki, dövlət şirkəti digər dövlət orqanının hansısa əmlakını alsın.

Xatırladaq ki, SOCAR-ın “Azər-Türk Bank”ının nəzarət səhm paketinin alınması ilə bağlı məsələ şirkətin 17 iyulda keçirilən Müşahidə Şurasının iclasında müzakirə edilib. (Report)

Chosen
67
7
fed.az

9Sources