EN

Dünyada ərzaq qiymətləri ucuzlaşdı

Qlobal Ərzaq Qiymətləri İndeksi avqust ayında bitki yağı və süd məhsullarına tələbatın artmasına baxmayaraq, şəkər, ət və taxıl məhsullarına tələbatın azalması səbəbindən ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən hesabatında deyilir.

Bu dövrdə indeks 0,3 bənd azalaraq 120,7 bənd olub. Qlobal ərzaq qiymətləri illik bazda 1,1% azalıb.

Əsas ixracatçı ölkələrdə, xüsusilə ABŞ və Argentinada yaxşı məhsul gözləntiləri səbəbilə Taxıl Qiyməti İndeksi avqust ayında 0,5% azalıb.

Bitki Yağı Qiyməti İndeksi soya və günəbaxan yağlarının azalmasına baxmayaraq, palma yağının artması səbəbindən yüksəlib. Buna görə Bitki Yağı Qiyməti İndeksi avqust ayında 0,8% artıb.

Hindistan və Taylandda yüksək hasilat və beynəlxalq neft qiymətlərindəki eniş sayəsində Şəkər Qiyməti İndeksi 4,7% azalıb. Eyni dövrdə, FAO Süd Qiyməti İndeksi, süd tozu, pendir qiymətləri və yağ tələbindəki artımların təsirilə 2,2% artıb.

Ət Qiyməti İndeksi isə quş əti, mal-qoyun və donuz qiymətlərindəki enişlə 0,7% azalıb.

 

Gözəl Həşimova

Chosen
83
1
iqtisadiyyat.az

2Sources