Çində “Yagi” super qasırğasının yaxınlaşması səbəbindən Haynan əyalətində təxminən 420 min insan təxliyə edilib.Elchi.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.Meteoroloqların məlumatına görə, “Yagi” qasırğası hazırda 245 km/saat sürətlə Çinə yaxınlaşır. Onun Vençanq şəhəri yaxınlığında quruya çatacağı gözlənilir. Haykounun inzibati mərkəzində müəssisələrin işi dayandırılıb, təhsil və əyləncə müəssisələri bağlanıb.Yağıntı və tufan nəticəsində daşqın gözlənilir.Nuranə Məmmədova