EN

Azərbaycan Rusiyaya nə qədər pomidor ixrac edib? – STATİSTİKA

Müəllif: Gülbəniz Hüseynli, Banco.az

2019-2023-cü illər ərzində Azərbaycandan 880 milyon 466.7 min ABŞ dolları dəyərində 789 min 311 ton pomidor ixrac edilib.

Banco.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2019-2023-cü illər ərzində pomidor ixracı, bu illər ərzində ümumi kənd təsərrüfatı məhsulları ixracının (3 mlrd. 237.1 mln. dollar) 27.2%-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycandan pomidor əsasən Rusiyaya ixrac edilib. Belə ki, 2019-2023-cü illər ərzində ölkədən Rusiyaya 861 milyon 639 min dollar dəyərində pomidor ixrac edilib. Beləliklə Rusiyaya pomidor ixracı, Azərbaycanın ümumi pomidor ixracının 97.9%-ni təşkil edib.

Xatırladaq ki, hesabat dövründə pomidorun 1 kiloqramının orta ixrac qiyməti 1.11 ABŞ dolları təşkil edib. 2024-cü ilin 7 ayı ərzində Azərbaycandan 139,524 min dollar dəyərində 116,935 ton pomidor ixrac edilib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan pomidor ixracı dəyər ifadəsində 15 357 min dollar və ya 12,4%, kəmiyyət ifadəsində isə 5 065 ton və ya 4,5% artıb. 2023-cü ilin 7 ayı ərzində Azərbaycandan 124,167 min dollar dəyərində 111,871 ton pomidor ixrac edilib.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
90
banco.az

1Sources