EN

Pavloqrad da BOMBALANDI, Kurskda isə rusların 6 min İTKİSİ var – CANLI

Rusiya ordusunun Ukraynanın Dnepr vilayətinin Pavloqrad şəhərinə raket zərbələri zamanı 1 nəfər dinc sakin ölüb, 40-dan çox yaralı var. Şəhərə təqribən 5 ədəd “İsgəndər-M”/KN-23” tipli ballistik raket buraxılıb. Vilayət Hərbi Administrasiyasından bildirilib ki, zərbələrin təsirindən beşmərtəbəli yaşayış binasında yanğın başlayıb. Zərbələrin Rusiyanın Voronej və Rostov vilayətlərinin ərazisindən endirildiyi ehtimal edilir.

“Hazırda bizim əməliyyatımızın ilk ayı ərzində Rusiya hərbçiləri təkcə Kursk bölgəsində ölü və yaralı olmaqla, təxminən 6000 əsgərini itirib”.

Ukrayna Prezidenti Volodimir Zelenski Ramştayndakı toplantıda deyib. Zelenski vurğulayıb ki, Ukrayna qüvvələrinin Kursk vilayətinə hücumu sayəsində Rusiya hərbçilərinin Sumı vilayətinə hücum təhlükəsi aradan qalxıb.

Prezident əlavə edib ki, bu əməliyyat həm də Rusiyanın Ukrayna ərazisini işğal etməsinə “öz xalqını qorumaqla” haqq qazandıran Rusiya başçısı Vladimir Putinin real maraqlarını nümayiş etdirir. Onun sözlərinə görə, Rusiya hakimiyyəti Kursk vilayətinin sakinlərini faktiki olaraq, taleyin ümidinə buraxıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi, hüquqşünas Xəyal Bəşirovla prosesləri dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Chosen
107
musavat.com

1Sources