EN

“Ermənistanın daxilində vəziyyət kifayət qədər gərgindir” - ŞƏRH OLUNDU

“Şahramanyanın sayıqlamaları bütövlükdə Ermənistan cəmiyyətində hələ də separatçıların Ermənistanın müxtəlif siyasi qüvvələri tərəfindən yedəklənməsinin bariz göstəricisidir. Bu adamlar Azərbaycanla Ermənistan arasında yarana biləcək sülh ehtimallarına qarşı böyük zərbə vururlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, sözügedən adamlar təkcə iki ölkə münasibətlərini zədələmirlər, həm də ölkələrarası münasibətlərin taleyini korlayan və bölgəyə gərginlik gətirən fəaliyyətlərlə məşğuldurlar: “Bu baxımdan da biz Şahramanyanın sayıqlamalarına cavab olaraq Qərbi Azərbaycan icmasının yaydığı bəyanatları düzgün taktika olaraq seçmişik. Əgər bu gün Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və Azərbaycan ərazilərinə qarşı iddialar irəli sürən hansısa separatçı tör-töküntülər Ermənistan ərazisindən ölkəmizə qarşı fikirlər səsləndirirsə, mütləq şəkildə adekvat addımlar atılmalıdır.
İstər Qərbi Azərbaycan mühacirət hökumətinin yaradılması, istər Qərbi Azərbaycana qayıdışla bağlı Milli Məclisin komissiyasının formalaşdırılması kimi bütün addımlar adekvat addımlardır.

Ermənistanın daxilində də vəziyyət kifayət qədər gərgindir. Hökumət cəmiyyət arasındakı nüfuzu itirib. Ermənistan hakimiyyəti öz xalqına yalan vədlər verir, müxalif qüvvələr arasında rabitə itib. Bütövlükdə Ermənistanın bütün siyasi qüvvələri arasında əlaqə yoxdur, bunun nəticəsində isə Ermənistanda siyasi münasibətlər sistemində sönüklük var. Ermənistan cəmiyyəti bu səbəblərdən miqrasiya edir”.

Müəllif: Səbinə Hüseynli
Chosen
107
sia.az

1Sources