EN

Azərbaycanlı sürücünün maşını yandı

Türkiyədə azərbaycanlı sürücünün avtomobili yanıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhərinin Esenyurt yolunda, Mövlana məhəlləsi ərazisində baş verib. Azərbaycan əsilli sürücü hakim S-ə məxsus avtomobilin mühərrikində yanğın başlayıb. Sürücü dərhal vtomobildən enərək uzaqlaşıb.
Yanğın nəticəsində yolda sıxlıq yaranıb. Hadisə yerinə polis və yanğın söndürənlər cəlb olunub. Yanğın söndürülüb və avtomobil ərazidən götürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
2
arantv.az

3Sources