BRİKS sammitində Ermənistanı Paşinyan təmsil edəcək – KİV
Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində Ermənistan nümayəndə heyətinə rəhbərlik edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli “News.am” portalı Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Paşinyanın BRİKS sammitində iştirakı ilə bağlı məlumatı parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Sarqis Xandanyan da təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Ermənistanın həm BRİKS sammitində, həm də MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcəyini bildirmişdi.
Xatırladaq ki, BRİKS-in illik sammitinin oktyabrın 22-24-də Kazanda, MDB ölkələrinin qeyri-rəsmi sammitinin isə Moskvada kbaş tutacaq qələbə paradı ərəfəsində keçirilməsi planlaşdırılır.