"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simenone mərakeşli yarımmüdafiəçi Sofyan Amrabatı komandasına transfer etmək istəyib.
"Operativ Məlumat Mərkəzi-OMM" jurnalist Fabrizio Romanoya istinadən xəbər verir ki, avqustun son həftəsində Simeone şəxsən Amrabata bir neçə dəfə zəng edib, lakin “Atletiko” yarımmüdafiəçini almaq hüququnu icarə müqaviləsinə daxil etmək istəməyib.
Nəticədə 28 yaşlı yarımmüdafiəçi “Fənərbaxça”ya keçib.
Çünki komandanın baş məşqçisi Joze Mourinyo da Amrabatla şəxsən danışıb.