Azərbaycanın “Birbaşa Bakı” komandası Polşanın paytaxtı Varşavada təşkil olunan minifutbol üzrə Çempionlar Liqasında keçirdiyi ikinci oyunda qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, təmsilçimiz “Livorno”nu (İtaliya) 3:1 hesabı ilə məğlub edib.
"Birbaşa Bakı" ilk görüşdə İspaniyanın "Malaqa" kollektivi ilə heç-heçə edib - 2:2. Komanda növbəti görüşünü bu gün, saat 21:00-da "BKMK Brno"ya (Çexiya) qarşı keçirəcək.