Tükiyədə “çirkli pul”ların yuyulması iddiası ilə 40 ilə qədər həbsi istənilən Dilan və Engin Polatın da olduğu 28 şübhəlinin mühakimə olunduğu işdə məhkəmə bütün müttəhimlərin azadlığa buraxılmasına qərar verib.
"Cebheinfo.az" xəbər verir ki, cümə günü keçirilən iclasda Engin Polat, atası Sezgin Polat, Alper Kürşat Polat və mühasib Əhməd Gün haqqında azadlığa buraxılma qərarı çıxarılıb. Sosial media fenomeni Dilan Polat avqustun 19-da sərbəst buraxılıb. İstanbulda əvvəllər istintaq edilən və şirkətlərində axtarış aparılan Dilan Polat, əri Engin Polat və digər 12 şübhəli ötən ilin noyabrında saxlanılıb.