EN

Ermənistanda Qərbi Nil virusuna yoluxanların sayı ARTIR

 Ermənistanda Qərbi Nil virusuna 108 yoluxma halı aşkarlanıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə naziri Anahit Avanesyan bildirib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi respublikanın bütün bölgələrində fəal profilaktik işlər aparır.

Avanesyan kifayət qədər həyəcanverici vəziyyətin yarandığını vurğulayıb: uzun illərdən sonra ilk dəfə bu xəstəlik dünyanın bir çox ölkələrində, o cümlədən Ermənistanda aşkarlanıb.

Avanesyan əlavə edib ki, insanlara ağcaqanad dişləməsi ilə keçən Qərbi Nil qızdırmasına yoluxma riski ən yüksək Armavir, Ararat və Araqatsotn bölgələrindədir.

Chosen
204
50
ucnoqta.az

10Sources