“Intel” öz tarixinin ən pis dövrünü yaşayarkən, şirkətin üzərində qara buludlar dolaşır.
İndex.az xəbər verir ki, yayılan son məlumata görə, “Qualcomm” “Intel”in çip dizayn bölməsinin bəzi hissələrini almağı düşünür.
“Qualcomm” xüsusilə “Intel”in kompüter dizayn biznes bölməsi ilə maraqlanır.
Bununla belə, mənbələr “Qualcomm”un “Intel”in bütün dizayn bölmələrini nəzərdən keçirdiyini, lakin server seqmenti kimi bəzi bölmələrin şirkət üçün daha az cəlbedici ola biləcəyini bildirir.
“Intel” tərəfində hələ ki, rəsmi təklif yoxdur.
“Intel”in sözçüsü şirkətin PC biznesinə qarşı dərin öhdəliyi olduğunu və bu mərhələdə heç bir razılaşma müzakirəsinin olmadığını bildirdi.
“Qualcomm” bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Qeyd edək ki, “Qualcomm”, “Apple” kimi nəhəng müştəriləri çiplərlə təmin edən 184 milyard dollarlıq texnologiya nəhəngi kimi tanınır.