EN

Paralimpiya Oyunlarında qızıl medal qazanan İmaməddin Xəlilovun Gəncədə qarşılanma mərasimi olub - FOTO

Paris-2024 Paralimpiya Oyunlarında qızıl medal qazanan İmaməddin Xəlilov doğma şəhəri Gəncəyə qayıdıb. Parataekvandoçu burada böyük coşğu ilə qarşılanıb.

Gəncə İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, idmançını Heydər Əliyev Park Kompleksində yerləşən “Zəfər Tağı”nın qarşısında yaxınları ilə birlikdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları və və şəhərin idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.

Qarşılanma mərasimində çıxış edənlər İmaməddin Xəlilovun əldə etdiyi uğuru Azərbaycan idmanı üçün böyük nəticə kimi qiymətləndiriblər. 8 ildən sonra ikinci dəfə Nizami yurduna paralimpiadadan qızıl medal gəldiyi diqqətə çatdırılıb. 70 kq çəkidə bütün rəqiblərini qabaqlayan İmaməddin Xəlilov həm də Azərbaycan tarixində parataekvando üzrə ilk qızıl medalı ölkəmizə qazandırıb.

İdmançı özü isə bu nailiyyəti qazanmaq üçün uzun illər əziyyət çəkdiyini, zəhmətinin bəhrəsini Fransada gördüyünü bildirərək, üzərində əziyyəti olan hər kəsə təşəkkür edib. O qızıl medalı şəhidlərə həsr etdiyini deyib.

Qeyd edək ki, İmaməddin Xəlilov daha öncə iki dəfə Avropa, 1 dəfə isə dünya çempionu olub. Bundan başqa 26 yaşlı idmançı nüfuzlu beynəlxalq yarışların qalibi adını qazanıb.

Paralimpiya Paralimpiya Paralimpiya Paralimpiya Paralimpiya Paralimpiya
Chosen
76
1
apa.az

2Sources