EN

Azərbaycan Ukrayna ilə ticarətini 56% artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 280,7 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,1% çoxdur.

Hesabat dövründə Ukraynadan Azərbaycana 163,9 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının Ukraynaya ixracı isə 116,8 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova

Chosen
54
iqtisadiyyat.az

1Sources