EN

“ABŞ Rusiyadan daxili siyasi istifadəni dayandıra bilər” – Peskov

“ABŞ daxili siyasi mübarizədə Rusiyadan istifadəni dayandıra bilər”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Rusiya və president Vladimir Putin uzun müddətdir ABŞ-də daxili siyasi mübarizənin bir hissəsidir:

“Nə vaxtsa ABŞ-nin Rusiyadan daxili siyasi mübarizə vasitəsi kimi istifadə etməyi dayandıracağı an gələcək”.

Xatırladaq ki, Rusiya prezidenti noyabrda keçiriləcək seçkilərdə ABŞ prezidentliyinə namizəd Kəmalə Harrisi dəstəkləyəcəyini vurğulayıb.

Aygün,

KONKRET.az

 

Chosen
91
konkret.az

1Sources