EN

80000 qonağın gəlişi turizm sahəsində olan nöqsanları bizə göstərəcək - Ekspert

Dövlət Turizm Agentliyinin açıqladığı məlumatlara görə, bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 milyon 344 min 260 xarici vətəndaş səfər edib.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30 % çoxdur.

Təkcə avqust ayında ölkəyə 245 337 nəfər gəlib. 

Bu prosesin davamlı olması üçün turizmlə bağlı hansı proqramların inkişaf etdirilməsi vacibdir? Xüsusi ilə qarşıdan payız gəlir, bu mövsümü turizmi necə inkişaf etdirmək olar?

Valyuta.az-a mövzu ilə bağlı danışan turizm eksperti Əziz Şiriyev bildirib ki, getdikcə ölkəyə səfər edən  turistlərin sayı artacaq:

 “Qarşıdan “Formula-1” və COP29 gəlir. COP 29 zamanı 80000-dən çox qonağın Azərbaycana gəlməsi proqnozlaşdırılır. Bu qədər çox turistin eyni vaxtda ölkəmizə gəlməsi otellərin, nəqliyyat, viza, restoran sisteminin, ümumilikdə turizm və hospitality(qonaqpərvərlik) sisteminin bütün nöqsanlarını, çatışmazlıqlarını, bu sahələrdə olan boşluqları bizə göstərəcək. Bu isə həm ölkəmiz, həm də ölkənin turizm sisteminin inkişafı üçün çox önəmlidir. 

80 min qonaq az deyil. Bu qədər adam gəlib ölkəmizi kəşf edəcək. Bizim bir amalımız var ki, öz səhvlərimizə təkrar nəzər yetirək. Bu da ölkəmizə təkrar qonağın gəlməsi üçün çox önəmlidir. İnanıram ki, bu payız Azərbaycana heç vaxt gəlmədiyi qədər turist gələcək. Gələn turistlər isə ölkəmizi bəyəndikləri halda, yenidən öz dostları, qohumları, iş yoldaşları ilə ölkəmizə səfər edə bilər. Bu istiqamətdə də planlı şəkildə addımlar atılır”. 

Ekspert turizmdə mövsümiliyin aradan qalxmasının vacib olduğunu düşünür:

“Turizmin bəzi qızıl qaydaları var. Məsələn,  hər zaman pik həddə satışlar olsa, çox turist gəlsə, bizdə yenilənmə olmaz, yeni tur marşrutlar, yeni poqramlar, ümumiyyətlə yeniliklər etmək olmaz. Fantaziyanı işə salmaq olmaz. Çünki mütəmadi olaraq gərgin rejimdə işləyirsənsə, fiziki olaraq da sən onu çatdıra bilməzsən. 

Ona görə də turizmdə qeyri-mövsümlər də olmalıdır ki, az insan gəlsin, yeni məhsullar ortalığa çıxa bilsin, yenilənmə olsun, işçilərə istirahət verilsin ki, işçilər geri qayıdanda iş əmsalını yüksəltsin. Düşünürəm ki, strategiya əsasında ölkəmizə gələn turistlərin sayı kifayət qədər artacaq. Çünki ölkəmizə maraq getdikcə artır”. 

Payız turizminin inkişafı haqqında da danışan Əziz Şiriyev qeyd edib ki, bu turizmin inkişafı üçün müəyyən addımlar atmaq olar:

“Ölkəmiz artıq xəzan mövsümünə girir. Bu vaxt tanınmış xarici fotoqrafları ölkəyə dəvət edib, müxtəlif regionlarımızın şəkillərini çəkdirmək olar. Ümumiyyətlə Bakının özünə də xarici turistlərin cəlbi üçün müəyyən proqramlar hazırlamaq olar. Məsələn, İstanbul dünyanın bahalı şəhərlərindən biridir, lakin bu şəhərə kifayət qədər turist gəlir. Bakının artıq bu sahədə çox böyük potensialı var”. 

Davud

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
85
valyuta.az

1Sources