EN

ARDNF və Çin İnvestisiya Korporasiyası əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çində işgüzar səfərdədir.

“İki sahil” bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində Çin İnvestisiya Korporasiyasının sədri Penq Çun ilə baş tutan görüşdə tərəflər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub və birgə fəaliyyətin bundan sonra da davam etdirilməsinə dair qarşılıqlı maraq ifadə edilib.

Chosen
121
8
ikisahil.az

10Sources