Şiddətli yağışların vurduğu Nigerdə ölənlərin sayı 273 nəfərə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.
95 min ailənin isə həddindən artıq yağışlar nəticəsində şiddətli daşqınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib.
Bundan başqa daşqınlar nəticəsində məktəblər, sağlamlıq mərkəzləri və mağazalar zərər görüb, kənd təsərrüfatı heyvanları da tələf olub.
Türkan İSGƏNDƏRLİ