EN

Yeni tədris ilindən metroda hansı dəyişiklər olacaq? – RƏSMİ AÇIQLAMA

Yeni tədris ilinin başlanması ilə ictimai nəqliyyatda sıxlıqların yaranacağı heç kimdə şübhə doğurmur. İctimai nəqliyyatda ən çox güc "Bakı Metropoliteni"nin üzərinə düşəcək.

Sentyabrın 16-dan etibarən universitet, məktəb və bağçaların fəaliyyətə başlayacağını nəzərə alsaq Bakı metrosunda mümkün sıxlığın qarşısı necə alınacaq?

Bu məqsədlə "Bakı Metropoliteni" QSC-yə müraciət etdik və qurumdan görüləcək tədbirlərlə bağlı münasibət öyrəndik. İdarənin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, hazırda "Bakı Metropoliteni"nin apardığı monitorinq və təhlillərin sonuncu mərhələsi gedir:

"İlk növbədə ali və orta ixtisas tədris müəssisələrinin tələbə, müəllim, pedaqoq kontingenti ilə bağlı həm iş rejimi, həm də dərs rejimi ilə bağlı məlumatlar əldə olunub. Burada xüsusən birinci və ikinci növbənin başlanma- bitmə saatları, hər gün dərslərin başlanma-bitmə saatları və şərti və ya təxmini olsa belə, tələbələrin sayı xüsusi əhəmiyyətli rol oynayır.

Ümumən götürdükdə yay həm də müəssisələrdə daha çox istirahətə üstünlük verilməsi dövrüdür. Onların da iş rejimi, bu və ya digər mənada metropolitenə təsir göstəridindən onların da iş rejimində dəyişikliklərin olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilib. Burada daha çox və xüsusən hər bir stansiyanın yaxınlığında olan tədris və yaxud sənaye, iaşə müəssisələrinin fəaliyyəti daha çox diqqətdə saxlanılıb".

Qurum rəsmisi əlavə etdi ki, qatarların hərəkəti ilə bağlı "Bakı Metropoliteni" son illərdə texniki cəhətdən mümkün ən minimal intervalları gur saatlarda tətbiq edir:

"Gur saatların təyin olunması təbii ki, sərnişin axınına uyğun olaraq müəyyən edilir. Amma qatarların hərəkətində ən minimal interval "28 May"-"Həzi Aslanov" istiqamətində 2 dəqiqə təşkil edir. Çünki bizim yaşıl və qırmızı xətlərimiz məhz "28 May" stansiyasında kəsişərək birləşir. Bu isə o deməkdir ki, intervalların digər sahələrdə, yəni "28 May", "İçərişəhər", "Dərnəgül" istiqamətində 4 dəqiqədən aşağı olması qeyri mümkündür.

Bu zaman "Bakı Metropoliteni" gur saatlarda ən minimal interval tətbiq edərkən ehtiyat qatarlardan istifadə imkanları tam məhdudlaşır və yeganə çıxış yolu kimi qatarların hərəkətində manevrlərdən istifadə olunmasıdır. Qatarlar "Memar Əcəmi" və əks istiqamətdə "Neftçilər" stansiyasından bir qatar geri qaytarılmaqla daim nəzarətdə saxlanılır və sərnişin axını stansiyaların yüklənməsinə uyğun tənzimlənir.
Çünki bir istiqamətdən "20 Yanvar", digər istiqamətdən "Koroğlu" əsas olmaqla eyni qayda ilə bir istiqamətdə "Memar Əcəmi" və "İnşaatçılar", digər istiqamətdə isə "Qara Qarayev", "Neftçilər", "Əhmədli", "Xalqlar dostluğu" kimi stansiyaların da sərnişin rent artdığından sıx plan tənzimlənməsində bu manevrlərin kifayət qədər böyük təsiri olur".

Bəxtiyar Məmmədov vurğuladı ki, qarşıdakı dövrdə tədris prosesi başlayandan sonra məhz bu məsələ ilə bağlı yeni manevrlərlə bağlı hətta dəqiqələr belə çox əhəmiyyətli olduğundan xüsusi baxılacaq. Amma bu istiqamətdə ilkin tədbirlər də bəri başdan görüləcək:

"Birinci ikinci dərs növbəsinin başa çatması günorta saatlarında metropolitendə sərnişin sıxlığına səbəb olur. Qısa müddətli olsa belə, həmin dövr üçün də ehtiyat qatarlardan rahat istifadə etmək mümkün olduğundan axın istiqamətlərinə uyğun olaraq məsələlərə məhz yeni tədris mövsümü başlayandan sonra baxılacaq.

Hər bir eskalatorun iş rejimi xüsusi qurğudur. Yəni qatarlar qədər bu eskalatorların iş rejimi xüsusi vacibdir. Bu məsələlərə hər gün üzrə eskalatorların hər saatda hansı dəqiqələrdə daha çox yüklənməsi, daha çox istifadə olunması məsələləri bu gün də gündəmdədir. Bu məsələ heç vaxt gündəmdən düşmür. Çünki sərnişin axın istiqamətləri yayda xüsusi intensivliklə dəyişir.

Payız qış mövsümündə isə dərs iş şöbəsi olduğundan, intensivlik yalnız günün müəyyən saatlarında olur. Bununla belə, əlavə nəzarət mexanizmləri təyin olunub. Eskalatorlarla bağlı ayrıca monitorinqlər aparılır və bu demək olar ki, anbaan monitorinq adlandırıla bilər".

(baku.ws)

Chosen
131
avtosfer.az

1Sources