EN

Naxçıvanda sentyabr ayının pensiya ödənişi başa çatdırılıb

Naxçıvanda

Naxçıvan, 6 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının pensiya ödənişi başa çatdırılıb.

Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna nazirliyin mətbuat xidməti məlumat verib.

Qeyd edilib ki, pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

 

Chosen
145
6
azertag.az

7Sources