“Biz sülh müqaviləsi imzalamağa yaxınıq və bu yolla getməliyik”.
7Times.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Andranik Köçəryan jurnalistlərə açıqlamasında deyib.
“Bu müqaviləni nə qədər tez imzalasaq, bir o qədər yaxşıdır.
Çoxları deyəcək ki, bu saziş heç bir problemi həll etmir, lakin bu, bizə sülhə nail olmaq perspektivi verir”.
Modern.az